Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ölkəmiz hərbi güc reytinqində 64-cü yerdədir

Fevral 16
16:52 2016

Azərbaycan hərbi gücünə görə 126 dövlət arasında 64-cüdür.

Azərbaycan “Global Firepower” təşkilatının hərbi güc üzrə reytinq siyahısında 126 dövlət arasında 64-cü yerdədir.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.

Türkiyə siyahıda 10-cu, Ermənistan 74-cü, Gürcüstan isə 75-ci yerdədir.

İlk üç yerdə ABŞ, Rusiya və Çin qərarlaşıb.

Qeyd edək ki, reytinqin müəyyənləşdirilməsində bir çox amil, o cümlədən hərbi texnikanın sayı, insan resursları, müdafiə xərcləri, infrastrukturun miqyası nəzərə alınır.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər