Ölkəmiz pilotsuz uçuş aparatı istehsal edəcək
868 dəfə baxılıb
Azərbaycan düşmən ordusunu məhv etmək üçün yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək.
“2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin 4 zavodunun 3 istehsal sahəsini istifadəyə verməyi nəzərdə tutmuşuq. Bu zavodlarda əsasən tank əleyhinə qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı planlaşdırılır”.
“Sələf Xəbər”in “Report”a istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir əlavə edib ki, 40×46 mm-lik qumbaraatan və onların döyüş sursatları, müxtəlif tipli izburaxan patronlar, M6, M12 partlayıcı başlıqlar, tank və artilleriya üçün 6 növ mərmilər, həmçinin atıcı silahların lülələrinin istehsalı planlaşdırılır: “Yeni nəsil pilotsuz uçuş aparatı (PUA) da istehsal olunacaq. Bu qurğu kəşfiyyat aparmaqla düşmən ordusunu məhv etmək üçün nəzərdə tutulub”.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)