Ölkəmiz “Xoşbəxt ölkələr” siyahısında neçəncidir?
778 dəfə baxılıb
Hesabata əsasən, reytinq siyahısında birinci yerdə Danimarkadır.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, “Xoşbəxt ölkələr”in (“World Happiness Report”) reytinq sırasında Azərbaycan 81-ci yerdədir.
BMT-yə üzv olan 158 ölkədə bununla bağlı araşdırma aparılıb. Ermənistan 121-ci, Gürcüstan isə 126-cı yeri tutub.
Hesabata əsasən, reytinq siyahısında birinci yerdə Danimarkadır. Sonrakı iki yeri İsveçrə və İslandiya tutur. Finlandiya və İsveçdə ilk onluqdadır. ABŞ bu siyahıda 13-cü, Almaniya 16-cı, Rusiya 56-cı, Türkiyə 78-cı, İran isə 105-ci yerdədir.
Sonuncu yerdə Burundidir. Bu ölkə, hətta Suriyadan da aşağı pillədə bərqərar olub.
Hesabat adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmi, uzun ömürlülük, vətəndaş azadlığı, korrupsiyanın səviyyəsi, vətəndaşların səxavətliliyi və açıq ürəkliliyinə nəzərən tərtib olunub.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)