Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ölkəmizdə demoqrafik göstərici nə yerdədir?

Mart 20
19:56 2015

Azərbaycanın son demoqrafik vəziyyəti açıqlandı.

Bu ilin ilk ayı ərzində Azərbaycan əhalisinin sayı 9 min nəfər və ya 0,1 faiz artıb.

“Sələf Xəbər”in Trend-ə istinadən xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir.

2015-ci il fevralın 1-nə olan məlumata əsasən, əhalinin sayı 9 602,0 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.

Hazırda hər 1000 nəfər kişiyə 1009 qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.

Bu ilin yanvar ayı ərzində 13,9 min körpə dünyaya göz açıb. Hər 1000 nəfər hesabı ilə bu göstərici 17,3-dür. Doğulan körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizini qızlar təşkil edib.

Bu il yanvar ayında ölkədə 5 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9-dan 6,2-yə enib.

Sələf Xəbər: Uca Allah, həmçinin buyurur: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun!” (Qurani-Kərim, “Nisa” surəsi, 1-ci ayə)

Digər xəbərlər