Ölkəmizdə əfv sərəncamının icrasına başlanıldı
690 dəfə baxılıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrasına başlayıb.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.
Sərəncama uyğun olaraq, 90 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 7 nəfər cəzadan azad ediliblər.
Qeyd edək ki, əfv olunanlar arasında vətəndaş cəmiyyətinin fəalı Bəşir Süleymanov, “Nida” hərəkatının üzvü Orxan Əyyubzadə, Müsavat Partiyasının üzvü Şəhla Muxtarova, fəallar Ramil Vəliyev və Anar Qasımlı da var.
Sələf Xəbər: Uca Allah buyurur: “…Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir”. (Qurani-Kərim, “Maidə” surəsi, 13-cü ayə)