Ölkəmizdə “Metsamor” AES-ə qarşı kampaniya başladı
662 dəfə baxılıb
Təşəbbüskarlar dünya ictimaiyyətinə müraciət ediblər.
Azərbaycan blogerlərindən ibarət qrup Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının işinin dayandırılmasına çağıran kampaniyaya başlayıb.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, kampaniyanın təşəbbüskarları dünya ictimaiyyətinə, BMT və onun bu sahədə ixtisaslaşdırılmış – Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) Ermənistanda yerləşən region və bütün dünya üçün təhlükə yaradan, qaçaqmalçılıq üçün nüvə materiallarının mənbəyi olan və “çirkli bombalar” hazırlayan “Metsamor” AES-in bağlanılması üçün müraciət ediblər.
“Metsamor” AES ətrafında beş tektonik qırılmalar mövcuddur, onlardan biri AES-in 500 metrliyində yerləşir.
Kampaniyanın müəlliflərinin sözlərinə görə, AES-də tətbiq edilən nüvə materiallarının terrorçuların əlinə düşmə riski çox yüksəkdir, bu materiallar “çirkli bombaların” hazırlanmasında istifadə edilə bilər.
Bundan başqa, AES-in nüvə tullantılarının işğal edilmiş Azərbaycan ərazilərində basdırıldığını ehtimal etmək üçün əsas var.
Blogerlər iddia edirlər ki, “Metsamor” AES-in istismarını dayandırmaq əvəzinə, Ermənistan onun istimar müddətini 2026-cı ilə qədər uzatmağı planlaşdırır. Bu isə bütün regionun yaxın 10 il müddətində böyük təhlükə altında olacağı deməkdir. 2011-ci ildə Yerevan Aİ-nın “Metsamor” AES-in bağlanmasına dair çağırışına məhəl qoymayıb.
“StopMetsamor” şüarı altında “Feysbuk” və “Tvitter” sosial şəbəkələrində xüsusi səhifələr açılıb, eləcə də yaradılan dəvətin linki göstərilib:
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)