Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ölkəyə gətirilən 300 yeni avtobus kimə xidmət edəcək?

İyun 29
15:10 2015

“Avropa Oyunları zamanı tamaşaçılara xidmət edən 300-ə yaxın yeni avtobus xəttə buraxılacaq. Onlar Bakı sakinlərinə xidmət edəcək”.

“Sələf Xəbər” AzVision.az-a istinadən bildirir ki, bunu açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Avropa Oyunları ilə əlaqədar dəyişdirilən maşurut xətlərində təkmilləşdirmə işləri aparılacaq:

“Müəyyən avtobusların bərpası məsələsinə iyul ayının birindən sonra baxılacaq. Avropa Oyunları ilə əlaqədar olaraq tətbiq olunan qadağalar ayın birinə qədər qüvvədə qalacaq. Paralellik təşkil edən avtobusların ləğvi onsuz da gündəmdədir. Avropa Oyunları ilə əlaqədar olaraq dəyişdirilən maşrut xətləri məsələsi də yenidən müzakirə olunacaq.

Oyunlar zamanı tamaşaçılara xidmət edən avtobular üçün yeni maşurut xətləri müəyyəndləşdirilir. Bununla bağlı kütləvi informasiya vasitələrinə əlavə məlumatlar veriləcək”.

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, iri tutumlu avtobusların yenidən xəttə buraxılması məsələsinə baxılacaq: “Maşrut xətlərində müəyyən dəyişikliklər olacaq. İstismar müddəti başa çatan avtobuslar həmişə olduğu kimi bu dəfə də xətdən çıxarılacaqlar”.

Sonda isə N. Həsənov vahid kart sisteminə keçid prossesindən danışıb:

“Vahid kart sisteminə keçid prossesi də yaxın aylarda başlayacaq”.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər