Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkili yoxlanılıb – FOTO

Mart 24
17:48 2017

Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə davam edən səfəri zamanı Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi bilavasitə ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkilini yoxlayıb.

Selefxeber.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə naziri general-polkovnik Zakir Həsənova müasir qurğuların tətbiqi ilə qarşı tərəfi daimi və fasiləsiz müşahidə edən sistemin fəaliyyəti, onun atəş sistemi ilə əlaqəsi, eləcə də istehkam maneələrinin təkmilləşdirilməsi barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyəti bayram münasibətilə təbrik edən nazir, hərbi qulluqçuların vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmələrinin müqəddəs borc olduğunu xatırladaraq, onlara işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmalarını bildirib.

📷

99c212be78f3d734470a94eea932ea57

7966ce51de5e61a6301cd7872658360c

2e447fdf5d892df45158cf0b620cf39e

d83f6a636ae217d934488f0ce4043088

edb5ca691fe234101242e113b27d3cc4

747a76a976dbb8ecc6f78d6e9f0744e0

Digər xəbərlər