Ordumuz azad etdiyi ərazilərdə möhkəmlənir
Aprel 25
17:45
2016
713 dəfə baxılıb
Ermənilər işğaldan azad olunan əraziləri mütəmadi olaraq atəşə məruz qoyur.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılması və atəşkəsin elan olunmasına baxmayaraq, ermənilər atəşkəsi pozmaqda davam edir.
“Sələf Xəbər” “Report”a istinadən məlumat verir ki, erməni tərəfi Azərbaycan ordusunun işğaldan azad etdiyi əraziləri də mütəmadi olaraq atəşə məruz qoyur.
Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri əməliyyat şəraitini nəzərə alaraq, düşmənə cavab atəşi endirir. Həmçinin, Azərbaycan ordusu işğaldan azad olunan ərazilərə nəzarəti gücləndirib və Silahlı Qüvvələrin bölmələri həmin ərazilərdə möhkəmləndirmə işlərini həyata keçirirlər.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın tamamən düşməndən alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!