Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ordumuz döyüşə hazırlıq məşqləri keçirir

Fevral 20
16:37 2016

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətinə gətirilmə planına əsasən kompleks məşqlər keçirilir və şəxsi heyətin funksional vəzifələrini icraetmə bacarıqları yoxlanılır.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məşqlərdə bölmələrin və heyətlərin döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqları, eləcə də müxtəlif səviyyələrdən olan komandirlərin tabeçilikdə olanları idarəetmə vərdişləri təkmilləşdirilir. Əsas diqqət xəbərdaretmə siqnalları ilə fəaliyyətlərin icrası, məxfilik rejiminə əməl edilməsi ilə məlumatların çatdırılması, silah-sursatın verilmə qaydası, şəxsi heyətin toplanış məntəqələrinə və döyüş təyinatı rayonlarına gizli, maskalanmanın tələblərinə riayət etməklə irəliləməsi, hərbi texnikanın döyüşdə tətbiq olunması məqsədilə çıxışa hazırlanması və digər sualların praktiki məşq etdirilməsinə yönəldilir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər