Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ordumuz dünya orduları sırasında 50-ci yerdədir

Yanvar 21
15:54 2015

Ermənistan isə 106 ölkənin yer aldığı siyahıya düşməyib. Dünya ölkələrinin ordularının reytinqi açıqlanıb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, “Global Firepower” təşkilatının açıqladığı reytinq siyahısında 106 ölkə yer alıb.

Siyahı hazırlanarkən ölkələrin nüvə potensialı nəzərə alınmayıb, orduların quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, həmçinin, ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyəti əsas götürülüb.

Ümumilikdə 50 faktor əsasında tərtib olunan siyahıya ABŞ Ordusu başçılıq edir. İkinci yerdə Rusiyadır. İlk onluğun sıralanması isə belədir: Çin, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya.

Azərbaycan siyahıda 50-ci yerdədir. Azərbaycan Ordusu 52-ci yerdə olan Belarusu, 64-cü yerdə olan Gürcüstanı və 80-ci yerdə olan Qazaxıstanı geridə qoyub.

Ukrayna 21-ci yerdə qərarlaşıb.

Ermənistan isə, ümumiyyətlə, siyahıya düşə bilməyib.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Ourani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər