Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ordumuz dünyanın ən güclüləri sırasındadır

Yanvar 21
17:20 2016

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir.

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, bu barədə “U.S. News and World Report” nəşrinin hazırladığı hesabatda bildirilir.

Ümumilikdə, reytinqdə 60 ölkə yer alıb. Azərbaycan ümumi sıralamada 38-cidir.

Yeri gəlmişkən, Ermənistan ordusu ümumiyyətlə siyahıda yer almayıb.

Silahlı Qüvvələrin reytinqi Davos Beynəlxalq İqtisadiyyatı Forumunda təqdim olunub.

Reytinqdə ilk üç pilləni müvafiq olaraq ABŞ, Rusiya və Çin tutur. Onları isə Almaniya və Böyük Britaniya izləyir.

Azərbaycan öz növbəsində siyahıda 38-ci pilləni tutmaqla, Macarıstan, Rumıniya, Çexiya, Malayziya, Argentina və digər ölkələri qabaqlayıb.

Ümumilikdə, MDB ölkələrindən reytinqdə Rusiya (2), Ukrayna (29) və Qazaxıstan (31) yer alıb. Qonşu ölkələrindən İran 12-ci, Türkiyə isə 17-ci yerdədir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər