Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ordumuz düşməni belə məhv edib – VİDEO

Dekabr 16
15:43 2015

Müdafiə Nazirliyi məlumat yaydı.

Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni silahlı bölmələrinin mövqelərinə zərbələr endirilməsinin videogörüntüsünü yayıb.

“Sələf Xəbər”in Oxu.Az-a istinadən verdiyi məlumata görə, videogörüntüdə düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə cavab zərbələrinin endirilməsi əksini tapıb.

Videoda düşmən mövqelərinin, texnikasının və canlı qüvvəsinin məhv edildiyi aydın görünür.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Uca Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər