Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ordumuz texnikanın iştirakı ilə praktiki məşğələ keçirib – FOTO

Mart 13
19:45 2015

Müdafiə Nazirliyinin mühəndis istehkamçıların təlim mərkəzində taktiki məşğələ keçirilib.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd müharibə zamanı mühəndis-istehkam təminatı ilə bağlı müasir silah və texnikalar tətbiq edilməklə tapşırıqların uğurla yerinə yetirilməsi olub. Məşğələ üç mərhələdə icra edilib.

Birinci mərhələdə körpü salmaqla su maneələrinin keçilməsi praktiki olaraq yerinə yetirilib. Panton-körpünü açmaq məqsədilə əvvəlcə suda kəşfiyyat aparılaraq maneənin uzunluğu, eni və dərinliyi müəyyən edildikdən sonra çay və sahil dəstələri vasitəsilə körpü salınıb.

Təlimin ikinci mərhələsində cəmləşmə rayonunda silahlanmaya yeni qəbul olunan texnikalar nümayiş olunub. Təlim iştirakçıları praktiki bilik və bacarıqlarını təkmilləşdirərək silahlanmaya qəbul edilən texnikaların taktiki-texniki xüsusiyyətləri haqqında məlumatlar əldə ediblər.

Üçüncü mərhələdə isə maneəqurma, maneələğvetmə və mühəndis-yol bölmələri verilən tapşırıqları vaxtında və bacarıqla yerinə yetiriblər.

Təlim müvəffəqiyyətlə başa çatdıqdan sonra fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

📷

mn1 mn2 mn3 mn4 mn5 mn6 mn7

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər