Ordumuzun cəbhədə itkilər verməsi barədə məlumatlar aydınlaşdırıldı
792 dəfə baxılıb
Cəbhədə Azərbaycan Ordusunun guya üç hərbi qulluqçusunun öldürülməsi barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatlar yalandır.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən deyiblər.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabitin” məhv edilməsi barədə məlumatları dezinformasiya xarakteri daşıyır.
Qeyd edək ki, erməni kütləvi informasiya vasitələrində bu il yanvarın 5-dən 6-na keçən gecə cəbhədə qoşunların təmas xəttində baş verən atışma zamanı Azərbaycan Ordusunun 3 hərbi qulluqçusunu itirdiyi barədə məlumatlar yayılıb. Ermənilər, hətta, hərbçilərimizdən birinin “adı və soyadını”, eləcə də, “xidmət etdiyi hərbi hissəsinin nömrəsini” də qeyd ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta, cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)