Ordumuzun düşmən mövqelərinə zərbəsi
746 dəfə baxılıb
Düşmən tərəfi çoxsaylı itki verib.
Azərbaycan Silahlı Qüvvələrinin minaatanlardan erməni mövqelərinə endirdiyi zərbələrin videogörüntüsü yayılıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, “Youtube”-də yayılan görüntüdə erməni əsgərlərin ərazidə hərəkət etməsi və onların sığınacaqlarına zərbələrin endirilməsi əksini tapıb.
Görüntüyə əsasən, düşmən səngərləri 28 sentyabr 2015-ci il saat 18.53 radələrində atəşə tutulub.
Görüntülərdən aydın olur ki, zərbələr nəticəsində erməni tərəfi çoxsaylı itki verib.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Uca Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)