Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ordumuzun havadan və yerdən möhtəşəm atışları – VİDEO

Noyabr 17
16:17 2016

Azərbaycanda keçirilən irimiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur.

Selefxeber.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, plana müvafiq olaraq bütün qoşun növləri silah və texnikanın praktiki tətbiqi ilə təlim-döyüş tapşırıqlarının həlli üzrə taktiki fəaliyyətə başlayıb.

Təlimlərin xarakterik xüsusiyyətləri məlumatların operativ qəbulu, işlənilməsi, quruda, dənizdə, havada müşahidənin aparılmasına imkan verən elektron, hesablama, vizual və digər müasir texnikadan istifadə edilməklə dinamik dəyişən şəraitdə yeni tapşırıqların operativ çatdırılmasından ibarətdir.

Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edərək ərazinin mürəkkəb şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyətini nəzərə alaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin daha sıx qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilir.

Müxtəlif poliqonlarda, ərazilərdə, təlim sahələrində, avadanlıqla təchiz edilmiş digər nöqtələrdə döyüş atışları, bölmələrin və atəşin manevrləri yerinə yetirilir.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər