Orucluq Bakıda sərxoşların sayını azaldıb?
İyul 18
11:29
2014
949 dəfə baxılıb
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov İnterpress.az-a bildirib ki, Ramazan ayında sərxoş vəziyyətdə xəstəxanaya gətirilənlərin sayı nisbətən az olsa da, kəskin azalma yoxdur: “Əvvəllər gün ərzində Bakının müxtəlif rayonlarından 10-a yaxın sərxoş gətirilirdi. Son 20 gündə bu say 5-6 nəfərə qədər azalıb. Bu da yəqin ki, Ramazan ayı ilə əlaqədardır.”
Şöbə müdiri sərxoşların əsasən kişilər olduğunu desə də, gecə barlarından gənc yaşda qızların da sərxoş vəziyyətdə xəstəxanaya yerləşdirildiyini vurğulayıb.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sərxoşedici içkilər — bütün şərlərin açarıdır.” (İbn Macə).