Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ötən il 202 nəfər yol-nəqliyyat hadisələrində həyatını itirib

Yanvar 23
16:52 2016

Ötən il ərzində Bakı şəhərində 667 yol-nəqliyyat hadisəsi baş verib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, qəzalar nəticəsində 202 nəfər ölüb, 850 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əvvəlki dövrlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 19,7 faiz, həlak olanların sayı 30,8 faiz, xəsarət alanların sayı 4,9 faiz azalıb.

Yol hərəkətinə nəzarət prosesində 18,0 faiz çox və ya 883.907, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 6.822, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 4.564, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 7.831 inzibati xəta aşkar edilib. Nəticədə həm ümumi qayda pozuntularının, həm də kobud qayda pozuntularının aşkarlanması artıb, habelə 134 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.” (əl-Bəqərə surəsi, 195-ci ayə).
Allah təala bizə özümüzü təhlükəyə atmağı qadağan edir. Hər kəsə məlumdur ki, yol nəqliyyat hadisələrinin baş verməsinin başlıca səbəbi sürət həddinin aşılması və yol hərəkət qaydalarını bilməməkdir.
Sələf alimlərinin fətvasına görə yolda müəyyən edilmiş sürət həddini aşan insan buna görə günah daşıyır, ələlxüsus yol qəzası törədərsə mütləq şəkildə haram iş etmiş sayılır. Hətta Şeyx İbn Bəz (Allah ona rəhmət etsin) 120 km saatdan yüksək sürəti özünə qəsd olması barədə fətva vermişdi. Yol hərəkət qaydalarını bilməmək də bir növ özünü təhlükəyə atmaqdır. Ona görə də müsəlman bunu dərk etməli və bu sahədə məsiliyyətini hiss etməlidir.

Digər xəbərlər