Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Pakistan mətbuatı Azərbaycandan yazıb

Aprel 17
19:39 2015

Pakistanın urdu, ingilis və ərəb dilli “Diplomatik İnsight” jurnalında Azərbaycan – Pakistan münasibətlərinə həsr edilmiş xüsusi reportaj dərc edilib.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, Azərbaycanın Pakistandakı Səfirliyindən bildirilib ki, ön səhifədə prezident İlham Əliyevin və Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynin fotosu əks olunmuş jurnalda Pakistan dövləti başçısının Azərbaycana səfəri, ikitərəfli əlaqələr, Azərbaycan səfirliyinin Pakistanda fəaliyyəti barəsində məqalələr dərc edilib.

Jurnalda Azərbaycan Səfirliyinin dəstəyi ilə İslamabad şəhərində keçirilmiş tanınmiş xəttat Azim İqbalın “Sülh və harmoniyanın rəngləri” haqqında məqalə dərc edilib.

“Diplomatic İnsight” jurnalında, Azərbaycan və Pakistan prezidentlərinin görüşləri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Pakistanın ali “Hila-e-Pakistan ” ordeni ilə təltif olunması, Pakistan Prezidentinin şəhidlər xiyabanına, Heydər Əliyev mərkəzinə, Bakı Dövlət Universitetinə səfərlərini əks etdirən fotolar yerləşdirilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də, qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)

Digər xəbərlər