Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Pakistan prezidenti: “Azərbaycanla əməkdaşlığı bütün sahələrdə gücləndirmək lazımdır”

Dekabr 09
15:32 2015

“Pakistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, müdafiə və təhlükəsizlik sahələrini əhatə edən dərin əməkdaşlığa ehtiyac var”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə Pakistan qarşılıqlı fayda və inkişaf naminə bütün sahələrdə əməkdaşlığı genişləndirməlidir. M. Hüseyn qeyd edib ki, hazırda Pakistanla Azərbaycan arasındakı ticarət əlaqələri mövcud potensialla uyğun deyil. “Ticarət və investisiya əməkdaşlığını gücləndirmək lazımdır”.

Pakistan prezidenti ölkəsi ilə Azərbaycan arasında birbaşa hava xəttinin “Turkish Airlines” vasitəsi ilə bərpasını yüksək qiymətləndirərək bunun ticarət, turizm və insanlararası münasibətlərə töhfə verəcəyini bildirib. O, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıqdan məmnunluğunu qeyd edərək əlavə edib ki, Pakistan ən nüfuzlu hərbi institutlarında Azərbaycan silahlı qüvvələri üçün treninqləri davam etdirəcək.

M. Hüseyn, həmçinin Azərbaycanın Camu və Kəşmir məsələsindəki dəstəyinə görə təşəkkür edərək Pakistan hökumətinin və xalqının Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərini səbirsizliklə gözlədiyini vurğulayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər