Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Pakistan Prezidentinin Azərbaycana səfəri gözlənilir

Yanvar 10
10:39 2015

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı yüksək səviyyədə aparılacaq danışıqların əsas mövzusu iqtisadi əməkdaşlığın inkişafı olacaq.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə rəsmi mənbə məlumat verib.
Onun sözlərinə görə, səfər mart ayına planlaşdırılıb. Hazırda hər iki ölkənin hökumətlərində yüksək səviyyəli səfərə hazırlıq gedir. Pakistan Prezidentinin səfəri zamanı imzalanacaq sazişlər paketi hazırlanır. Saziş iqtisadi sahədə iki ölkənin əməkdaşlığının bir sıra sahələrini əhatə edəcək.

Mənbə qeyd edib ki, tərəflər iqtisadi əməkdaşlığın səviyyəsini daha da yüksəltmək niyyətindədirlər.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -ci ayə)

Digər xəbərlər