Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Pakistan səfiri əməkdaşlığın daha da inkişafına töhfə verəcək

Dekabr 04
17:37 2014

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserini qəbul edib.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir iki ölkə arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu bildirib. O, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək bu işdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını, iki il öncə İslamabadda keçirilmiş “Narkotiklərlə mübarizə üzrə strategiyalar” adlı regional konfransda iştirakını, Pakistanın dövlət rəhbərləri, o cümlədən, daxili işlər naziri ilə görüşlərini xatırladıb.

Daha sonra R.Usubov səfirə DİN-in funksiyaları və fəaliyyət istiqamətləri, ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlar, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb. Transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı təzahürlərinə, o cümlədən, beynəlxalq terrorçuluğa, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyi, bu növ cinayətlərlə mübarizədə Pakistan dövlətinin zəngin təcrübəyə malik olduğu, təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən X.U.Qayseri yüksək səviyyədə olan ikitərəfli əlaqələrin əsasının hələ görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırladaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın bütün sahələrdə sürətli inkişafına, qazandığı nəaliyyətlərə öz ölkəsinin uğurları kimi sevindiklərini nəzərə çatdırıb.

Burada fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanda mövcud olan əmin-amanlıqdan, təhlükəsiz şəraitdən razılığını ifadə edən səfir əməkdaşlığın bütün sahələrdə daha da inkişafına öz töhfəsini verəcəyini bildirib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə).

“Rəbb xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birlərini tanısınlar. Bunun sayəsində insanlar bir-birlərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birlərinə kömək edir, bir-birlərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər. ” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər