Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Akademiyada olub

Aprel 22
16:58 2015

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin və “Milli Təhlükəsizlik və Müharibə kursu”nun nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

“Sələf Xəbər” Gün.Az-a istinadən bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev qonaqları səmimi salamlayaraq Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sahəsində qazanılan nailiyyətlər və bir sıra digər məsələlərə dair ətraflı məlumat verib.

Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Manoçehr Kayani səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Tədbirdə qonaqlara “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “Xəzər dənizinin statusu” mövzularında brifinqlər təqdim olunub.

Briqada generalı M.Kayani Hərbi Akademiyanın fəxri qonaqları üçün nəzərdə tutulan kitaba ürək sözlərini yazıb.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər