Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə heç kimin şübhəsi olmasın”

Aprel 20
18:15 2016

Pakistan parlamentinin sədri: “Hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə dəstəyini əsirgəmir”.

“Sələf Xəbər” bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Rusiya paytaxtında keçirilən Avrasiya ölkələri parlament spikerlərinin birinci toplantısında iştirak edən Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq bildirib. O, Pakistanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə hər cür dəstək verməyə hazırıq. Pakistan ordusunun canlı qüvvələri başqa ölkələrin ərazisində hərbi əməliyyatlara qatılmır. Lakin hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə dəstəyini də əsirgəmir”.

Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər