Pakistanın Maliyyə naziri Azərbaycana səfərə gələcək
653 dəfə baxılıb
Səfər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Pakistanın Maliyyə, Gəlirlər, İqtisadi işlər və Statistika naziri İshak Dar Azərbaycana səfər edəcək.
“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, səfər mayın 2-5-də baş tutacaq.
Səfər zamanı pakistanlı nazir Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də ölkənin Maliyyə naziri Samir Şərifovla görüşməyi planlaşdırır. Görüşlərdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Müqəddəs Quran, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”.( Bax: “Təfsir Əs-Saadi”)