“Papa Fransiski çıxışı ilə tarixi ədalətsizliyə imza atdı”
748 dəfə baxılıb
“Təəssüf ki, Papa Fransiski heç bir tarixi əsası olmayan və qərbin oyunu olan qondarma “erməni soyqırımı” haqqında cəfəng fikirlər səsləndirməklə, bununla da özünü erməni keşişi kimi təqdim etdi”.
“Sələf Xəbər” Yenicag.az-a istinadən bildirir ki, bunu Milli Məclisin (MM) deputatı Adil Əliyev dilə gətirib.
Onun qeyd etdiyinə görə, hansı soyqırımdan söhbət gedə bilər ki, o zaman öldürülən və soyqırıma məruz qalan Türk xalqı olub.
O, qeyd edib ki, maraqlıdır Ermənistan və erməni lobbisi nədən Türkiyənin ortaq tarixi komissiyanın yaranmasına maraq göstərmir.
“Deməli, ermənilər yaxşı bilirlər ki, heç bir soyqırım hadisəsi baş verməyib. Arxivlərlə işləmək istəmirlər. Arxiv sənədləri ermənilərin yüz ildir ki, Türkiyəyə qarşı apardığı yalanlarını sübut edəcək. Hətta bu gün müasir əcnəbi tarixçilər də ermənilərin yalanlarını alt-üst edirlər” – deyən, A. Əliyevin sözlərinə görə, Papa Fransiski çıxışı ilə tarixi ədalətsizliyə imza atdı.
“O, əgər din xadimi idisə, çıxışını barış və sülh üzərində qurmalı, Ermənistanı ədalətli mövqe sərgiləməyə dəvət etməli idi. Ancaq Fransiski ermənipərəst çıxışı ilə bir daha Vatikanın erməni məsələsində mahiyyətini ortaya qoydu. Tarixi faktlara istinad etmədən bu, çıxışını bircə adı var: birtərəfli və qərəzli, ikiüzlü siyasət. Bunun başqa adı ola bilməz.
Ermənilərin son 150 ildə Anadoluda, Azərbaycanda, Güney Azərbaycanda, Türküstanda törətdikləri soyqırım siyasətinin izləri hələ də yaddaşlardan silinməyib.
Tapılan toplu məzarlıqlar onların vəhşiliklərini gerçək faktlarla sübut edir. Heç çox uzağa getməyək, 90-ci illərin sonlarında Qarabağda və Xocalıda yaşanan soyqırım hadisələri ermənilərin əməllərindən xəbər verir. Bunu o zaman xarici mətbuat da yazırdı. Papa Xocalı soyqırımını görmək istəmir.
Qondarma erməni soyqırımını müdafiə edən siyasətçilər gerçək faktları görmək üçün gözlərinə həqiqət eynəyi taxmalıdırlar.
Papanın çıxışı heç nəyi dəyişməyəcək. Bu siyasət Türk dünyasına qarşı yönəlib. Biz hər zaman qardaş Türkiyənin yanındayıq.
Sonda fikrimi İslam peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) sözü ilə yekunlaşdırmaq istəyirəm. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mən ancaq gördüyümə və duyduğuma əsaslanaraq qərar verirəm, gizli şeylər isə Allaha aiddir, onlara yalnız o qarışır”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)