Paris terrorunda adı hallanan ASALA-nın lideri Qarabağa gəlib
Aprel 06
16:35
2016
752 dəfə baxılıb
ASALA terror təşkilatının liderlərindən biri, Paris terrorunun təşkilində adı hallanan Livan ermənisi Vazgen Sislyan Qarabağa gəlib.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, yaydığı videomüraciətdə dəstəsini toplayaraq gəldiyini, türklərdən qisas alacağını bildirib:
“Arsax erməni torpağıdır və türklər, azərbaycanlılar onu bizdən ala bilməzlər. İndi onlar hücuma keçiblər. Biz hamımız birləşib, bir olub, Arsaxın müdafiəsinə qalxmalıyıq. Hamımız burada toplaşıb, Arsaxı qorumalıyıq. Bura hər zaman erməni torpağı olub və bizim əlimizdən heç kim ala bilməz”,- deyə o, videoda Livan ermənisinə məxsus Axbar ləhcəsilə danışır.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)