Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Parisdə “Azərbaycan şəhərciyi” açıldı

Sentyabr 20
15:50 2014

“Sələf Xəbər” AzərTac-a istinadən xəbər verir ki, istinadən verdiyi xəbərə görə, Parisin San- Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” sərgisi təşkil olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Sərginin açılışında çıxış edən Parisin 6-cı rayonunun meri Jan- Pyer Lökoq 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edərkən bildirib ki, Fransada həyata keçirilən layihələr Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini tanıtmaqda mühüm rol oynayır.

Azərbaycanın birinci xanımı bildirib ki, on gün ərzində “Azərbaycan şəhərciyi”ndə Azərbaycanın keçmişi, bu günü və gələcəyi, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti barəsində dolğun məlumat veriləcək.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan- Fransua Mansel də bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb.

Digər xəbərlər