Partlayışdan zərərçəkmiş 9 ailə evlə təmin olunub
818 dəfə baxılıb
“Sələf Xəbər” APA-nın məlumatına əsasən xəbər verir ki, Xırdalanda partlayış baş verən binanın dağıntıları altından çıxarılan 12 nəfərin 3 ölü olub. 9 nəfəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə partlayış baş vermiş blokdakı 4 ailənin, həmin bloka bitişik olan bloklardan isə 5 ailənin əşyaları mənzillərindən çıxarılıb.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov APA-ya bildirib ki, partlayış baş verən blokdan və ətrafındakı bloklardan ümumilikdə 9 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə evlə təmin olunub.
Qeyd edək ki, avqustun 8-i səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.