Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Paytaxtın yol infrastrukturunda irimiqyaslı layihələr həyata keçirilir

İyun 24
11:05 2014

Bakı, 23 iyun (AzərTAc). Bakı şəhərinin əsas magistrallarında təqribən 130 minə yaxın avtomobil hərəkət edir. Bu, əslində çox böyük rəqəmdir və şəhər yollarında nəqliyyatın yüksək hərəkət intensivliyindən xəbər verir.

AzərTAc xəbər verir ki, 2-ci Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur–urbanizasiya problemlərinin həlli yolları” mövzusunda konfransda bu barədə danışan “Azəryolservis”ASC-nin şöbə müdiri Hidayət Rüstəmov problemin həlli istiqamətində görülən işləri və yenilikləri də diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, son 10 ildə paytaxtda 707 kilometr yol əsaslı təmir olunmuş, 71 kilometr uzunluğunda yeni yollar salınmış, 61 körpü, yol ötürücüsü və tunellərdən ibarət yol qovşaqları istifadəyə verilmişdir. Piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə 56 yeraltı və yerüstü piyada keçidi inşa olunmuş, 10 keçid isə təmir edilmişdir.

Hidayət Rüstəmov, həmçinin bildirmişdir ki, 2003-2013-cü illərdə birinci texniki dərəcəli dördzolaqlı yolların ümumi uzunluğu 115 kilometrdən 395 kilometrə, asfalt-beton örtüklü yolların uzunluğu isə 1824 kilometr artırılaraq 8 min 636 kilometrə çatdırılmışdır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Müqəddəs Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Abdur Rahman As-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.”

Digər xəbərlər