“Penoplast” üzlüklərin sabah səhərə qədər sökülməsi əmri verildi
822 dəfə baxılıb
“Sələf Xəbər”in Avropa.info- ya istinadən məlumatına görə, Bakıda “penoplast” üzlüklü binaların fasadlarının sökülməsi əmri verildi.
Bakıxanov qəsəbəsində və Xətai rayonunun Zığ şossesində yerləşən binaların sakinlərinin verdikləri məlumata görə, söküntü işlərinə texnika və çoxlu sayda işçi qüvvəsi cəlb olunub.
Sakinlərin sözlərinə görə, işçilərə bu gecənin sonuna qədər binaların fasadının tamamilə sökülməsi tapşırılıb.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov qeyd edib ki, Binəqədi rayonunda baş vermiş yanğın Prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub: “Cənab prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib”.
Ə.Həsənov eyni zamanda onu da bildirib ki, dövlət başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib: “Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”
Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Bəqərə 155-157)