Prezident (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin): “İqtisadiyyatda şaxələndirmə ilə məşğuluq”
664 dəfə baxılıb
“Nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır”.
“2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat olub. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu sözləri IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) deyib. O bildirib ki, Azərbaycanda neftdən sonrakı dövr başlayıb: “Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir. Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Biz düzgün istiqamətdəyik, hazırda iqtisadiyyatda şaxələndirmə ilə məşğuluq”.
Prezidentin sözlərinə görə, Azərbaycan nəqliyyat şəbəkəsi yaradır: “Azərbaycanın coğrafi mövqeyi mühümdür, bu, nəqliyyat infrastrukturunu inkişaf etdirməyə imkan verir. Şərq-Qərb dəhlizi işə başlayıb, inanırıq ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaq. Biz vahid nəqliyyat xətti yaratmağa çalışırıq. Digər vacib nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, inkişafımıza xidmət edir”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)