Prezident (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) sərəncam imzaladı
Fevral 04
21:52
2015
1. 114 dəfə baxılıb
Sağlamlıq imkanları məhdud şəxslərə vəsait (pul) ayrılacaq.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
“Sələf Xəbər” President.az-a istinadən məlumat verir ki, bu barədə dövlət başçısı İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) sərəncam imzalayıb.
Sərəncama əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün vəsait (pul) ayrılacaq.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim 4\ 2074\ № 2699)