Prezident Aparatı rəsmisi: “Azərbaycan radikal dini cərəyanların qarşısını alacaq”
916 dəfə baxılıb
“Azərbaycan dövləti radikal dini cərəyanlara və Fətullahçı Terror Təşkilatına qarşı ciddi mübarizə aparır. Artıq onlara ciddi zərbələr vurulub”.
“FETÖ-nün Azərbaycandakı ruporu olan “Zaman” qəzeti və Fətullah Güləndən müsahibə alan telekanal haqda müvafiq tədbir görülüb”.
Selefxeber.az-ın məlumatına görə APA xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasında “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, FETÖ-nün Azərbaycandakı ruporu olan “Zaman” qəzeti və Fətullah Güləndən müsahibə alan telekanal haqda müvafiq tədbir görülüb: “Bu xətt davam edəcək. Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur”.
B. Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub: “Azərbaycan dövləti radikal dini cərəyanların qarşısını alacaq. Bu sahədə medianın üzərinə böyük yük düşür. Media informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməlidir. Azərbaycan mediası yarandığı gündən əhalini maarifləndirmək yolunu tutub, dini qaragüruha qarşı mübarizə aparıb. Hər bir məsələdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma ümummilli məsələlərdə ortaq mövqe nümayiş olunmalıdır. Günümüz üçün aktual olan məsələ FETÖ-dür. Azərbaycan dövləti istənilən dini, etnik terror təşkilatına qarşı mübarizə aparır. Konstitusiyamızda açıq göstərilib ki, din dövlətdən ayrıdır. Bunlara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.
Hələ 2009-cu ildə “Dialoq Avrasiya”-nın tədbiri zamanı Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov onlara ciddi irad tutaraq bildirmişdi ki, dialoqu bir şəxsə bağlamaq yanlışdır, Azərbaycan dövlətinin tərəf-müqabili Türkiyə dövlətidir, hər hansı bir dini sekta deyil. O qeyd etmişdi ki, tədbirdə iki dahi şəxsiyyətin – Heydər Əliyev və Mustafa Kamal Atatürkün portretləri asılmalıdır, hər hansı biri dini liderin yox. Əli müəllim o vaxt dövlətin tam rəsmi mövqeyini ortaya qoymuşdu. Terror təşkilatı ilə əlaqəsi olanlar, günahları sübut olunarsa, qanun qarşısında cavab verəcəklər”.
Sələfilərin kim olduğunu bilmək üçün bu linkə keçid edə bilərsiniz: http://selefxeber.az/
Sələf Xəbər: Təəssüf ki, bu gün bir çoxları, o cümlədən KİV, müxtəlif müsəlman təriqətlərini sələfilər adlandırır, halbuki heç bir təriqətin Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinə, və onlardan sonrakı iki nəslə heç bir aidiyyəti yoxdur. Beləliklə, bu termindən istifadədə diqqətli olmaq lazımdır, çünki sələf adlandırılan və ya özünü sələf adlandıran hər kəs saleh sələflərin davamçısı deyildir.
Yəməndən məşhur islam alimi mərhum Muqbil bin Hadidən (Allah ona rəhmət etsin) soruşdular:
Sual: Bu gün təkfir cəmaatı, cihad cəmaatı, Əbdürrəhman Əbdülxaliqin cəmaatı, Mahmud əl-Xəddadın cəmaatı kimi özlərinə sələf deyən müxtəlif cəmaatlar (qruplaşmalar) mövcuddur. Sizdən bu qruplaşmaların hansı ideologiyanı tətbiq etdiklərini və əslində kimə sələf deyildiyini izah etməyinizi xahiş edirik.
Cavab: “Sələfilik öz istəyimizlə geyinilib-soyunula biləcək geyim deyil. Sələfilik – Allahın Kitabı və Peyğəmbərin (ona salavat və salam olsun) Sünnəsi ilə saleh sələflərin fəhminə əsasən getməkdir. Və Allahın rəhmi ilə biz təkfir cəmaatı, Əbdürrəhman Əbdulxaliqin cəmaatı və cihad cəmaatı qruplaşmalarının yanlış fikirləri barəsində artıq danışdıq və onları izah etdik. Bu qruplaşmalar haqqında izahlarımız olan çoxsaylı audiokassetlər var və indi təkrarlanmağa ehtiyac yoxdur. Sururilər (hansılar ki, özünü sələf adlandırır) təriqəti haqqında da eyni şeyi demək olar. “Bəhreyn cavabları” mühazirəsində biz bu təriqətin yanlış fikirlərini izah etdik”.
Uca Allah buyurur: “(Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq…” (Müqəddəs Quran, “Nisa” surəsi, 123-cü ayə).
Və buna görə, həqiqi sələfi Quran və Sünnə yolu ilə saleh əcdadların (Peyğəmbərin (ona salavat və salam olsun) səhabələri) və iki sonrakı nəslin getdiyi kimi gedənlərdir. Seçkilərdə (prezident olmaq üçün) namizədliyi irəli sürən, və ya Allah üçün dostluq və düşmənçilik məsələsini dar çərçivədə anlayan kəs sələf ola bilməz. Necə ki, insanları alimlərə qulaq asmamağa çağıran kəs də həmçinin sələf ola bilməz.”(Şeyx Muqbil bin Hadinin saytı).