Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident Fələstin xarici işlər nazirini qəbul edib

Oktyabr 16
19:10 2014

“Sələf Xəbər” interpress.az saytına istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

R.əl-Maliki prezident Mahmud Abbasın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.

O, Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini deyib. R.əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla qeyd edib.

İlham Əliyev isə M.Abbasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev M.Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Dövlətinin başçısına çatdırmağı xahiş edib.

“Möminlər, həqiqətən də qardaşdırlar.”

Qurani Kərim, “Hucurat” surəsi, 10-cu ayə

Digər xəbərlər