Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident İlham Əliyevin (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) göstərişi ilə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi əməliyyat olunmaq üçün Almaniyaya göndərilib

İyul 12
09:21 2014

APA xəbər verir ki, Prezident İlham Əliyevin (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.

Prezident Administrasiyasındakı mənbələrdən APA-ya daxil olan məlumata əsasən, o, dövlət hesabına bu ölkənin məşhur “Şarite” hospitalında əməliyyat ediləcək və müalicə alacaq. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

R. Rəsulzadənin 2013-cü ilin əvvəlində də Bakıda eyni xəstəlikdən əməliyyat və müalicə olunduğu bildirilir.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

(Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər