Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident İlham Əliyev (Allah onu qorusun) Ağdamdadır

Avqust 06
18:12 2014

Prezidentin saytının məlumatına görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev (Allah onu qorusun) Ağdam rayonuna səfər edib.

Ali Baş Komandan əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə baş çəkib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yaranmış hərbi şərait və cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edib.

Sonra Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.

Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Xatırladaq ki, ötən həftədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi dəfələrlə pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 13 əsgəri həlak olub.Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi 5 may 1994-cü il tarixində imzalanıb.

Digər xəbərlər