Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident İlham Əliyev (Allah onu Quran və Sünnə işığı ilə nurlandırsın) Ramazan ayı münasibətilə səfirləri qəbul edib

İyul 10
10:59 2014

Prezident İlham Əliyev (Allah onu Quran və Sünnə işığı ilə nurlandırsın) müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

AzərTAc xəbər verir ki, iyulun 9-da Prezident İlham Əliyev (Allah onu Quran və Sünnə işığı ilə nurlandırsın) müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir. Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev müqəddəs Ramazan ayında ənənəvi olaraq baş tutan görüşün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Dövlət başçısı müsəlman ölkələri ilə əlaqələrin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bir daha vurğulayaraq deyib: “Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir.”

“Çalışmalıyıq səyləri birləşdirək ki, xalqlarımız üçün daha da gözəl gələcək yaradaq”, – deyə İlham Əliyevin nitqini bitirib.

Sonra Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami çıxış edərək deyib: “Azərbaycanda təmsil olunan bütün müsəlman ölkələrinin səfirləri və müvəqqəti işlər vəkilləri adından Sizə müqəddəs Ramazan bayramı və qarşıdan gələn fitrə bayramı münasibətilə ən xoş arzularımı çatdırıram. Allah Sizi, ailənizi və qardaş Azərbaycan xalqını qorusun”. Səfir çıxışını Azərbaycanın sürətli inkişafından danışaraq davam edib. Həsən Hami İslam Əməkdaşlıq Təşkilatının mövqeyini bir daha vurğulayaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll ediləcəyinə ümidini ifadə etdi.

Sonda o Prezidentimizə bir daha möhkəm cansağlığı, Azərbaycan xalqına isə gələcəkdə də tərəqqi və çiçəklənmə arzu edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar.” (Müqəddəs Quran, “Hucurat” surəsi, 10-cu ayə).

Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585)).

Digər xəbərlər