Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident İlham Əliyev (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) “Norm” sement zavodunun açılışında iştirak edib

İyul 23
10:50 2014

AzərTAc xəbər verir ki, iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə inzibati binada ulu öndər Heydər Əliyevin (Allah ona rəhmət etsin) həm sovet dönəmində, həm də müstəqillik illərində hakimiyyəti dövründə Azərbaycanda istifadəyə verilən sənaye müəssisələrinin açılışlarında iştirakını və hazırda bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən fotostendlərə baxıb.

Müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan Azərbaycan Prezidentinə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə beş min ton klinker, ildə iki milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub.

Dövlətimizin başçısı zavodu işə salıb və monitorda istehsal prosesinin gedişinə baxıb. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər