Prezident İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Şirvan şəhəri üçün 1 milyon manat ayırdı
1. 042 dəfə baxılıb
İyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri – şəhərin su və kanalizasiya sistemi yenidən qurulması, “Cənub” İstilik Elektrik Stansiyası inşası, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi – yerinə yetirilib. Eyni zamanda avtomobil yollarının çəkilməsi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb.
Hazırkı sərəncama əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Şirvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və Bayramlı qəsəbəsində inşa edilən yaşayış binasının tikintisinin başa çatdırılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat ayrılıb.
“Rəhbər Allahın yer üzərində kölgəsidir. Ona ehtiram edən kəsə, Allah ehtiram edər. Onu alçaldan kəsi də, Allah alçaldar” (Əhməd).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)