Prezident İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Xızı rayonuna 2 milyon manat ayırdı
İyul 24
15:18
2014
1. 116 dəfə baxılıb
AzərTAc xəbər verir ki, iyulun 23-də Prezident İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xızı şəhər tam orta məktəbin yeni binasının tikintisi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb. Maliyyələşmə Maliyyə Nazirliyinə tapşırılıb.
“Rəhbər Allahın yer üzərində kölgəsidir. Ona ehtiram edən kəsə, Allah ehtiram edər. Onu alçaldan kəsi də, Allah alçaldar” (Əhməd).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)