Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident müsəlman ölkələrin səfirləri ilə görüş keçirib

İyun 08
14:43 2016

İyunun 8-də Prezident İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib.

Müqəddəs Ramazan ayının başlaması münasibətilə görüş iştirakçılarını təbrik edən Prezident İlham Əliyev Ramazan ayında belə görüşlərin gözəl ənənəyə çevrildiyini bildirib.

Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bunun dostluğumuzu və həmrəyliyimizi nümayiş etdirdiyini deyib. Prezident İlham Əliyev bildirib ki, görüş iştirakçılarının təmsil etdiyi ölkələrin Azərbaycan ilə həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələri qurulub. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı onu da vurğuladı ki, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq var.

Prezident İlham Əliyev aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə bu həmrəyliyin bir daha nümayiş olunduğunu diqqətə çatdıraraq həmin tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənədin qəbul edildiyini, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatının pislənildiyini qeyd edib.

“Biz bu addımları çox yüksək qiymətləndiririk və bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk”, – deyən dövlət başçısı bu münaqişənin region üçün böyük təhlükə olduğunu diqqətə çatdırıb, onun fəsadları barədə danışıb, Ermənistanın bizə qarşı etnik təmizləmə siyasəti apardığını, Xocalı soyqırımını törətdiyini, işğal edilən torpaqlarda bütün tarixi və dini abidələri dağıtdığını söyləyib. Ermənistan rəhbərliyinin Avropa ölkələrinə münaqişə ilə bağlı daim təhrif edilən məlumatlar verdiyini və eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışdığını deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bir çox hallarda onlar üç müsəlman ölkəsi əhatəsində xristian dəyərlərini müdafiə etdiklərini də iddia edirlər.
“Bu, böyük riyakarlıqdır. Siz – Azərbaycanda yaşayan insanlar, yaxşı bilirsiniz ki, ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”, – deyə, Prezident İlham Əliyev bildirib…

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər