Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident yaşayış minimumunu artırdı

Dekabr 26
17:58 2017

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilib.

Bundan başqa prezident Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.

Qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilmişdi.

Digər xəbərlər