Prezidentdən (Allah onu qorusun) məmurlara ciddi – Xəbərdarlıq
İyul 12
18:01
2017
1. 073 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının davranış qaydalarına əməl etməsi məsələsinə də toxunub.
Selefxeber.az xəbər verir ki, “Report”un məlumatına görə, Prezident İlham Əliyev deyib ki, dövlət məmurları və onların ailə üzvləri davranış normalarına ciddi əməl etməlidirlər.
Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.