Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prokuror Suriyada döyüşənlərə cəza istəyib

May 18
15:22 2015

Məhkəmə prosesi mayın 22 – də davam edəcək.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Sələf Xəbər”in “A24.az”-a istinadən məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Məhkəmə prosesi mayın 22 – də davam edəcək.

Qeyd edək ki, hər iki şəxs Suriyada terror qruplaşmalarının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilirlər. Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən tutulublar.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər