Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istəyib
741 dəfə baxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən E. Quliyev və M. Məmmədəliyevin hər birinin 14 il, digərlərinin isə hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Proses davam etdiriləcək.
Qeyd edək ki, Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 26 nəfər saxlanılıb.
Onların cinayət işləri ayrı-ayrılıqda qrup şəklində icraata verilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”- İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD xəvaric terror qruplaşmasıdır. Onları İŞİD xəvaric terror qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD xəvaric terror qruplaşmasının İslama aidiyyəti yoxdur”.