Provera Fiorella: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal geri qaytarmalıdır”
1. 022 dəfə baxılıb
APA – nın məlumatına görə, Azərbaycan Diplomatik Akademiyasında keçirilən tədbirdə Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin keçmiş vitse prezidenti Provera Fiorella Azərbaycanın rayonlarının Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən işğal altına düşdüyü bir təsdiqləyib.
Ermənistanı işğalçılıq siyasətinə görə qınayan P. Fiorella qeyd edib ki, bu münaqişə dərhal həll olunmalı, Azərbaycanın əraziləri geri qaytarılmalıdır: “Axı, bir dövlət güc yolu ilə necə müdaxilə edib başqa bir dövlətin ərazisini tuta bilər? Bu qətiyyən qeyri-etikdir”. Senator bildirib ki, bu münaqişəyə baxmayaraq Azərbaycan güclü inkişaf yolu keçib ki, bu təqdirəlayiqdir: “Hesab edirəm bu, Azərbaycan üçün böyük imkanlar verir”.
Sələf Xəbər: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 200-cü ayə).
“Uca Allah əmr edir ki, insan səbrlə sərhədlərdə xidmət etsin. Səbr dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənin məkrli niyyətinin qarşısını almaq nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər. Eləcədə dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar. Bu ayədən aydın olur ki, insan səbirli olmasa, uğur əldə edə və düşmənlərdən qoruna bilməz. Ancaq bu vəzifələri yerinə yetirənlər uğur qazanarlar. Əgər kimsə onları tam və ya qismən icra etməzsə, o, hökmən uğurdan məhrum olar. Bizə isə, təkcə Allah kömək edə bilər, çünki Ondan güclü və qüdrətli kimsə yoxdur!” (Bax “Təfsir Əs-Saadi”).