Qarabağ münaqişəsinin həlli ilə bağlı son durum müzakirə edilib
1. 400 dəfə baxılıb
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.
“Sələf Xəbər”-in Xalqqazeti.com-a istinadən məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Cənubi Qafqaz regionunda baş verən hadisələr, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son durumu müzakirə edilib.
Həmçinin, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş son görüşündən sonra Ermənistan silahlı qüvvələrinin çoxlu sayda şəxsi heyət və texnikanın iştirakı ilə işğal olunmuş Azərbaycan ərazilərində keçirdiyi təxribat xarakterli hərbi təlimlərlə bağlı fikir mübadiləsi aparılıb. Bu kimi addımların təxribatçı məqsədlər güddüyü, münaqişənin həllinə kömək etmədiyi və son dövrlər problemin həlli istiqamətində əldə olunmuş müsbət meyillərə mənfi təsir göstərdiyi bildirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirən nazir Elmar Məmmədyarov təşkilata üzv olan bir sıra ölkələrlə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edib. Nazir Avropa İttifaqı ilə də əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının önəmini vurğulayıb.
“Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”
Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə