Qarabağda vəziyyət yenidən gərginləşdi
910 dəfə baxılıb
Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Ermənistan işğalçı qüvvələrinin bu gecə yaşayış məntəqələrimizi artilleriya zərbələrinə məruz qoymasına dair məlumat yayıb.
“Sələf Xəbər” Virtualaz.org-a istinadən bildirir ki, məlumatda deyilir:
Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyacaq.
Sələf Xəbər: Ey vətənimizin qəhrəman əsgərləri, bilin ki, Uca Allah Qurani-Kərimdə düşmən qarşısında sabitqədəm olanları belə tərif edir: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Qurani-Kərim, “əs-Saff” surəsi, 4-cü ayə)
Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!